20 yanvar 2025 15:05
87

Tatyana Deniskina yığmadakı karyerasını bitirib

Basketbolun 5x5 növü üzrə Azərbaycan millisinin üzvü Tatyana Deniskina yığmadakı karyerasını bitirib.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a 39 yaşlı oyunçunun özü məlumat verib.

O, bundan sonra 5x5-də oynamayacağını bildirib.

Təcrübəli basketbolçu hələlik 3x3 növü üzrə Azərbaycan yığmasında məşqlər etdiyini deyib.

Qeyd edək ki, Tatyana Deniskina 2009-cu ildən 5x5 növü üzrə Azərbaycan millisində çıxış edirdi.