18 yanvar 2025 20:02
247

"Kəpəz" Tacikistan millisinin üzvünü transfer edib

"Kəpəz" yeni transferini reallaşdırıb.

Klubdan “İki sahil”ə verilən məlumata görə, Gəncə təmsilçisi Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoevlə müqavilə imzalayıb. 24 yaşlı futbolçu ilə 6 ay + 1 il müddətinə müqavilə bağlanılıb.

Karyerasında ilk dəfə legioner həyatı yaşayan Şervoni buna qədər vətənində “İstiklol”da çıxış edib. Ş. Mabatşoev yığmasının heyətində 29 oyuna çıxıb və 6 qolla yadda qalıb.