18 yanvar 2025 17:45
244

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatının növbəti oyunları baş tutub

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatının növbəti oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, IX turda qadınların mübarizəsində “Azəryol” “Qarabağ”ı 28:23 hesabı ilə məğlub edib.

Kişilər arasında isə XI turda "Kür" "Bakı" komandasını 26:19 hesabı ilə üstələyib.

Qeyd edək ki, hər iki görüş “AHF Arena”da reallaşıb.