18 yanvar 2025 15:39
243

"Beşiktaş" yeni baş məşqçisi ilə müqavilə imzalayıb

Türkiyənin “Beşiktaş” klubu Ule-Qunnar Solskyaerin baş məşqçi postuna keçidini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Norveçli çalışdırıcı ilə bu gün rəsmi ( 1.5 illik+1 illik) müqavilə imzalanıb.

Xatırladaq ki, Ule-Qunnar Solskyaer 2021-ci ilin noyabrından işsiz idi. O, son olaraq İngiltərənin "Mançester Yunayted" komandasını çalışdırıb.