17 yanvar 2025 21:46
109

Muslera Bülent Korkmazın rekordunu yeniləyib

Fernando Muslera "Qalatasaray"ın heyətində Türkiyə Superliqasında ən çox oyun keçirən iki futbolçudan biri olub.

“İki sahil” xəbər verir ki, 38 yaşlı qolkiper ölkə çempionatında 428-ci oyununa çıxmaqla İstanbul təmsilçisinin sabiq kapitanı Bülent Korkmazın rekordunu yeniləyib.

O, buna Superliqanın XX turunda "Hatayspor"la üz-üzə gəldikləri matçda nail olub.

Beləliklə hər iki futbolçu "Qalatasaray"ın heyətində Superliqada ən çox matça çıxan oyunçular olublar.