Almaniyalı mütəxəssis Yurgen Klopp karyerasını bitirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"İki sahil" xasrici KİV-ə istinadən xəbər verir ki, o, belə bir fikirdə olmadığını deyib.
Hazırda “Red Bull” şirkətinin idman bölməsinə rəhbərlik edən Klopp məşqçi kimi işinə davam etməyə hazır olduğunu qeyd edib: “Red Bull”da məşqçi olmayacağam. Amma bu o demək deyil ki, məşqçilik karyeramı bitirmişəm. Yaxşı layihə olsa, çalışaram”.
Qeyd edək ki, Yurgen Klopp karyerası ərzində “Maynts”, “Borussiya” (Dortmund) və “Liverpul”da işləyib. O, ötən ilin may ayında “Liverpul”dan ayrılıb.