01 iyul 2026 15:57
75

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi (GİN) olimpiya idman növləri üzrə milli komandaların idmançılarının iyulun 1-nə olan reytinq cədvəlini açıqlayıb.

“İki sahil” GİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, siyahıya 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov başçılıq edir. Sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci, cüdoçu Arseni Cioyev (420 xal) üçüncü pillədə qərarlaşıb.

Reytinq cədvəlində, həmçinin Səidcəmşid Cəfərov (boks, 400 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal), Nürəddin Novruzov (sərbəst güləş, 270 xal), Qaşim Maqomedov (taekvondo, 270 xal), Hidayət Heydərov (cüdo, 270 xal) və İslam Bazarqanov (sərbəst güləş, 265 xal) da yer alıblar.