Zaqatalada zəhərlənmə faktı olub.
Hadisə Yengiyan kəndində baş verib.
Kənd sakini, 30 yaşlı Asya Babayeva yaşadığı evin hamam otağında dəm qazından boğulub. Qadının ölüm səbəbini dəqiqləşdirmək məqsədi ilə meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
AZƏRTAC
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb
Naxçıvan şəhərinin bəzi hissələrində içməli suyun verilişində gün ərzində fasilə yaranacaq