17 sentyabr 2026 12:00
89

Rektor: İşğal dövründə dağıdılan tarixi-dini abidələr dövlət tərəfindən qorunan irs siyahısına daxil edilir

 

Keçmiş əsrlərdən bizə qalan memarlıq nümunələrinin içində sayına görə ən çox yer tutan məhz dini abidələrdir, onların əhəmiyyəti də çox böyükdür. Təsadüfi deyil ki, müharibələr, silahlı münaqişələr zamanı məhz dini abidələr daha çox təcavüzə məruz qalır. İşğal zamanı Qarabağ və Şərqi Zəngəzurda baş verənlər bunu bir daha təsdiqləyir. 

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" adlı konfransda çıxış edərkən deyib.

Rektor işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda tarixi-dini abidələrin bərpası istiqamətində işlərin həyata keçirildiyini xatırladıb: "Yüzlərlə dağıdılmış məscidlərimiz var. Biz indi onları Mədəniyyət Nazirliyinin apardığı araşdırmalar nəticəsində bir-bir tapıb dövlət tərəfindən qorunan irs siyahısına daxil edirik. Bu istiqamətdə tədqiqatlar davam etməlidir".