11 yanvar 2025 18:40
90

Danimarka Tramp komandasına mesajlar göndərib

Danimarka hökuməti ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın komandasına şəxsi mesajlar göndərərək onu inandırmağa çalışıb ki, Qrenlandiyanın təhlükəsizlik problemləri adanın ABŞ-ın tərkibinə daxil edilmədən həll oluna bilər.

“İki sahil” xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Danimarka adanın təhlükəsizliyinin möhkəmləndirilməsini və ya orada ABŞ-ın hərbi iştirakının artırılmasını müzakirə etməyə hazır olduğunu bildirib.