Bu gün Qazaxıstanda yerli vaxtla saat 16:15-də zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, Qazaxıstan Milli Məlumat Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, yeraltı təkanlar Almatıdan təxminən 77 km şimal-şərqdə qeydə alınıb.
“Qazaxıstan Respublikası Milli Nüvə Mərkəzinin Geofizika Tədqiqatları İnstitutunun Məlumat Mərkəzinin əməliyyat məlumatlarına əsasən, 11 yanvar 2025-ci il tarixində Astana vaxtı ilə saat 16:15-də Almatı şəhərindən təxminən 77 km şimal-şərqdə zəlzələ baş verib. Zəlzələnin ocağının koordinatları 43,59 dərəcə şimal eni, 77,80 dərəcə şərq uzunluğudur”, - deyə bildirilib.
Güc 3,8 bal təşkil edib. Zəlzələnin enerji sinfi 8,8 bal gücündə olub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”