Somali prezidenti Həsən Şeyx Mahmud Ankara prosesindən sonra ilk dəfə Efiopiyanın paytaxtı Əddis Əbəbəyə səfər edib.
“İki sahil” xəbər verir ki, bu barədə Efiopiya baş naziri Abiy Əhməd “X”də məlumat paylaşıb.
Somali Rəyasət Heyətinin yaydığı məlumata görə, Mahmudun Əddis Əbəbəyə səfərinin məqsədi iki ölkə arasında ikitərəfli əlaqələri gücləndirmək və ümumi maraqları dəstəkləmək üçün Efiopiya rəsmiləri ilə dialoqu gücləndirməkdir.
Səfər Efiopiya ilə Somali arasında yeni tərəfdaşlığı əks etdirən və bu yaxınlarda Ankarada imzalanmış sazişdən sonra atılan mühüm addım kimi xarakterizə edilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”