11 yanvar 2025 15:51
96

Almatıda polis əməkdaşı öldürülüb

Qazaxıstanın Almatı şəhərinin Medeu rayon polis şöbəsinin əməliyyatçısı bıçaqlanaraq öldürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Almatı Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Münaqişə nəticəsində bıçaq xəsarəti alan Medeu Rayon Polis İdarəsinin əməliyyatçısı Almatıdakı xəstəxanaların birində dünyasını dəyişib”, - deyə bildirib.

Hadisə iş saatları xaricində, polis əməkdaşının vəzifədən kənarda olduğu vaxt baş verib.

Şübhəli saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, xidməti araşdırma aparılır.

KazTAG agentliyinin məlumatına görə, polis əməkdaşı Tarazda kafenin mühafizəçisinə bıçaqla hücum edən şəxsi zərərsizləşdirərkən bıçaqlanıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”