11 yanvar 2025 15:00
96

AfD əleyhdarları Rizada iğtişaşlar törədiblər

Almaniya üçün Alternativ (AfD) partiyasının federal qurultayının bu gün keçiriləcəyi Saksoniya şəhəri olan Rizada minlərlə AfD əleyhdarı toplanır.

“İki sahil” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Məlumata görə, ötən gecə artıq iğtişaşlar baş verib və azı iki polis əməkdaşı xəsarət alıb.

Qurultayın başlamasına bir neçə saat qalmış Almaniyanın müxtəlif şəhərlərindən gələn fəallar yürüş keçirib. Tədbirin keçirildiyi yerə gedən yolları bağlayıblar. Aksiya iştirakçılarının çoxunun üzü qanunla qadağan olunmuş maskalarla örtülü olub.

Nümayişçiləri saxlamaq üçün bibər qazından istifadə edilib, AfD tərəfdarları isə polis kordonlarını keçməyə çalışıblar. Azı üç patrul maşınına ziyan dəyib.

AfD-nin 600 nümayəndəsinin qurultayda seçki proqramını qəbul etmək və partiyanın həmsədri Alis Vaydeli kansler vəzifəsinə namizəd kimi təsdiq etmək planları var. Riza şəhəri təsadüfən seçilməyib: burada keçirilən yerli seçkilərdə sakinlərin 40 %-i AfD-yə səs verib.

Qeyd edək ki, Almaniyada növbədənkənar parlament seçkiləri fevralın 23-də keçiriləcək.