Almatıdakı (Qazaxıstan) bankların birindən saxta pul köçürmələri ilə 55 milyon tron oğurlamaqda şübhəli bilinən 38 yaşlı kişi İsveçdə saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Qeyd edilib ki, o, Qazaxıstan Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosunun sorğusu əsasında saxlanılıb.
Şübhəli hazırda xaricdə həbsdədir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”