11 yanvar 2025 13:13
84

Ermənistan Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət edəcək

Ermənistan Minsk qrupunun buraxılması məsələsi ilə əlaqədar rəsmi qaydada ATƏT-ə müraciət etməyi nəzərdən keçirir.

“İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasarynan öz sosial şəkəbə səhifəsində yazıb.

“Bir sıra KİV-in suallarına cavab olaraq bildirirəm ki, Ermənistan Respublikası MQ-nun buraxılması üçün ATƏT-ə müraciət etmək ehtimalını nəzərdən keçirir”,- deyə o bildirib.

O qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu “sülh sazişi bağlamaqla təsdiq etməyə hazırdır”.