"Kərkük vilayətində Nəzarət İşləri İdarəsinə bağlı bölmələr tərəfindən həyata keçirilən əməliyyatda Kərkükdə nəzarət-buraxılış məntəqəsindən keçərkən yük maşınına gizlədilən 5 milyard Suriya lirəsi dəyərində nağd pul ələ keçirilib".
“İki sahil” xəbər verir ki, bunu İraq Daxili İşlər Nazirliyinin sözçüsü Mikdad Miri deyib.
Onun sözlərinə görə, yük maşınının sürücüsü və onunla birlikdə olan şəxs həbs edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”