11 yanvar 2025 10:18
94

Yaponiyalı nazir Trampın andiçmə mərasimində iştirak edəcək

Yaponiyanın xarici işlər naziri Takesi İvaya ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

İvaya Yaponiya Nazirlər Kabinetinin ABŞ Prezidentinin andiçmə mərasimində iştirak edəcək ilk üzvü olacaq.

İnauqurasiya ərəfəsində xarici işlər nazirlərinin görüşlərinin keçiriləcəyi gözlənilir. Rəsmi Tokionun həmçinin İvaya ilə Trampın dövlət katibi vəzifəsinə namizədi senator Marko Rubio arasında görüşü yekunlaşdırdığı bildirilir.