02 yanvar 2025 15:59
139

Bu ölkədə üç günlük milli matəm elan olunub

Monteneqro hökuməti ölkənin cənubundakı Çetinye şəhərində 12 nəfərin ölümü və 4 nəfərin yaralanması ilə nəticələnən kütləvi qətlə görə üç günlük matəm elan edib.

“İki sahil” xəbər verir ki, ölkədə yeni ilin əvvəlinə planlaşdırılan bütün tədbirlər ləğv edilib.

Qərbi Balkan regionu ölkələrindən Serbiya, Bosniya və Herseqovina və Xorvatiya liderləri Monteneqro Prezidenti Yakov Milatoviçə başsağlığı mesajı ünvanlayıblar.