05 yanvar 2025 01:01
139

Ankarada avtobus dayanacağına silahlı hücum: 1 yaralı var

Ankaranın Keçiören rayonunda bir şəxs avtobusun gediş nöqtəsində EGO sürücüsü ilə mübahisə etdikdən sonra onu tapança ilə ayağından vuraraq yaralayıb.

“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, EGO Baş Müdirliyindən alınan məlumata görə, hadisə yerli vaxtla saat 16:00 radələrində baş verib: “Mübahisə zamanı vətəndaş əsəbiləşərək sürücünün kabinəsinə hücum edib. Mübahisə böyüdükcə hücum edən şəxs hadisə yerindən qaçıb. Həmin şəxs saat 17:30 radələrində Atapark Gediş Məntəqəsinə gələrək tapança ilə sürücüyə hücum edib. Üç güllənin atıldığı hadisədə bir güllə EGO sürücüsünün ayağına dəyib. Sağlamlıq qrupları tərəfindən tibbi yardım göstərilən sürücünün huşsuz vəziyyətdə xəstəxanaya aparıldığı və həyatının təhlükəsinin olmadığı bildirilir. Silahlı hücumu həyata keçirən şəxs hadisədə istifadə etdiyi silahla polis qrupları tərəfindən yaxalanıb”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”