02 yanvar 2025 02:02
108

6 İran vətəndaşı Səudiyyə Ərəbistanında edam edilib

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi 6 İran vətəndaşının daha əvvəl ölkəyə sirr qaçaqmalçılığına görə həbs olunaraq edam cəzasına məhkum edildiyini açıqlayıb.

“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, edamların nə vaxt həyata keçirildiyi barədə məlumat verilməyib.

İran Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Tehrandakı səfiri Abdullah bin Səud Əl-Ənzini edamlara “qəti etiraz” etmək üçün nazirliyə çağırıb.

Görüşdə Səudiyyə Ərəbistanı səfiri Əl-Ənziyə “İranın etiraz notası” çatdırılıb və Səudiyyə Ərəbistanından bu mövzuda lazımi açıqlama verməsi istənilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”