02 yanvar 2025 00:23
163

Nyu-Orleanda fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Nyu-Orlean şəhərində avtomobil hücumunun baş verdiyi şəhərdə fövqəladə vəziyyət elan edilib.

“İki sahil” xəbər verir ki, Luiziana ştatının qubernatoru Ceff Landri məsələ ilə bağlı mətbuat konfransı keçirib.

Landri, federal, əyalət və yerli tərəfdaşların bugünkü hücumdan sonra şəhəri yenidən təhlükəsizliyini təmin etmək üçün Nyu-Orlean fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.

Şəhərin təhlükəsizliyinin onun üçün böyük əhəmiyyət kəsb etdiyini bildirən Landri fövqəladə vəziyyətin elan edilməsi çərçivəsində hərbi polisin də aktivləşdirildiyini qeyd edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”