Dekabrın 14-də gecə saatlarında başlayan güclü külək Yevlax rayonuna ziyan vurub.
“İki sahil” xəbər verir ki, rayonun elektrik təsərrüfatına ziyan dəyib, 40-a yaxın yaşayış məntəqəsində əhalinin elektrik enerjisi ilə təminatında fasilə yaranıb, şəhərdə və rayon ərazisində ictimai yaşayış binasının, fərdi yaşayış evlərinin, qeyri-yaşayış obyektlərin dam örtükləri uçub, ağaclar və elektrik dirəkləri aşıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. (AZƏRTAC)
“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub
FHN kiçikhəcmli su nəqliyyatı vasitələrində yanğın təhlükəsizliyinə dair tədbir keçirib
Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib