“AzerGold” QSC-nin təşkilatçılığı, Bakı SağlamlıqMərkəzinin dəstəyi ilə 7-ci səyyar tibbi müayinə aksiyasıkeçirilib.
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunan aksiya ənənəvi olaraq “Öncəsağlamlıq!” devizi altında təşkil edilib.
Sosialyönümlü layihə çərçivəsində “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi Daşkəsən rayonunda, xüsusilə“Çovdar” qızıl mədəninin ətrafında yerləşən kənd vəyaşayış məntəqələrinin sakinlərinin ödənişsiz tibbimüayinələrdən keçməsi təmin olunub. Aksiya çərçivəsində322 nəfər rayon sakini müxtəlif ixtisaslar üzrə həkimmüayinəsindən keçib.
Sakinlər oftalmoloq, terapevt, LOR, endokrinoloq, kardioloq, nevroloq, pediatr və ümumi cərrahınxidmətlərindən yararlanıblar. Bununla yanaşı, USM, EXO, EKQ, qan və sidiyin ümumi analizi, virus hepatitlərinin vəqanda şəkərin təyini kimi diaqnostik müayinələr dəaparılıb.
Sakinlər müasir avadanlıqlarla təchiz edilmiş səyyaroftalmoloji klinikanın xidmətlərindən də yararlanıblar. Burada ümumi göz müayinəsi, görmə diaqnostikası, gözdaxili təzyiqin ölçülməsi, gözün optik gücününmüəyyənləşdirilməsi və digər oftalmoloji müayinələrhəyata keçirilib.
Aksiya müddətində ümumilikdə 2 165 tibbi xidmətgöstərilib. Müayinələr zamanı müxtəlif sağlamlıqproblemləri aşkarlanan şəxslərə müvafiq müalicə və əlavəmüayinələrlə bağlı tövsiyələr verilib. İxtisaslaşmış tibbiyardıma ehtiyacı olan vətəndaşlara isə aidiyyəti tibbmüəssisələrinə müraciət etmək tövsiyə olunub.
Qeyd edək ki, “AzerGold” QSC 2021-ci ildən etibarənfəaliyyət göstərdiyi ucqar yaşayış məntəqələrində əhalininsəhiyyə xidmətlərinə əlçatanlığının artırılması məqsədiləsəyyar tibbi müayinə aksiyaları təşkil edir.
Layihə xəstəliklərin erkən aşkarlanmasına vəprofilaktik müayinə mədəniyyətinin təşviqinə xidmət edir. Bu günədək keçirilmiş aksiyalar çərçivəsində ümumilikdə 3 258 nəfər sakinə 14 055 tibbi xidmət göstərilib.
E-Poçt: [email protected]
http//: www.azergold.az
Azərbaycan, Bakı - AZ1004
Mikayıl Müşfiq küç., 2H
FHN kiçikhəcmli su nəqliyyatı vasitələrində yanğın təhlükəsizliyinə dair tədbir keçirib
Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib