Dekabrın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 11 qumbara, 5 alışdırıcı, 14 tüfəng, 4 patron darağı və 181 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, nazirliyin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər.
“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub
FHN kiçikhəcmli su nəqliyyatı vasitələrində yanğın təhlükəsizliyinə dair tədbir keçirib
Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib