Şimali Koreyanın raket buraxılışı ABŞ və müttəfiqlərinin təxribatçı fəaliyyətinə cavabdır.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
O, Amerikanın növbəti prezidentinin administrasiyasının regiondakı vəziyyətə “ağıllı və sağlam düşüncə” ilə yanaşacağına ümid etdiyini bildirib.