Yasamal Rayon Məhkəməsi “ATV Plus” MMC-ni 5 min manat cərimələyib.
Bu barədə “İki sahil”ə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, oktyabrın 4-də inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəməyə göndərilib. Məhkəmə "ATV Plus"un retranslyasiya paketin hüquqi sənəd olmadan xarici televiziya kanalının retranslyasiya (hər hansı texnologiyadan istifadə etməklə televiziya və ya radio kanallarının, habelə proqramların və ya onların hissələrinin məzmununa dəyişiklik edilmədən yayımlandığı anda qəbulu və ötürülməsi) olunması faktı aşkarlandığına görə cərimə cəzası tətbiq edib.
X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq
Vüsal Nəsirli sentyabrın 25-də Hacıqabul rayonu və Şirvan şəhərinin sakinlərini qəbul edəcək
Avropa Komissiyası Ukraynanın baş prokuroru ilə bağlı vəziyyəti şərh etməkdən imtina edib