26 oktyabr 2024 10:33
199

Azərbaycanın həndbol klubu Avropa Kubokunda ilk oyununa çıxır

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kubokunda ilk oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, mübarizəyə II mərhələdən start verəcək Mingəçevir klubu Kiprin “Parnassos Strovolu” kollektivini sınağa çəkəcək.

Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Görüşü xorvatiyalı hakimlər Stefan Berdiç və Filip Sorak idarə edəcəklər.

Qeyd edək ki, tərəflər arasındakı razılaşmaya əsasən, komandaların cavab oyunu eyni məkanda təşkil olunacaq.