Formula 1 üzrə Böyük Britaniya Qran-Prisinin qalibi bəlli olub.
“İki sahil” xəbər verir ki, Silverstoun trasında baş tutan yarışda “Ferrari” pilotu Şarl Lekler finişə birinci çatıb.
İkinci yeri “Mercedes”in sürücüsü Corc Rassel tutub. Leklerin komanda yoldaşı Lyuis Hemilton isə üçüncü olub.