05 iyul 2026 23:37
100

Fələstin bayrağını qaldıran baş məşqçi ilə bağlı qərar açıqlandı

Misir millisinin baş məşqçisi Hüsam Həsənə DÇ-2026-da Fələstin bayrağını qaldırdığı üçün cəzalandırılmayacaq.

“İki sahil” xəbər verir ki, FİFA-nın "Associated Press"ə verdiyi açıqlamaya görə, baş məşqçinin bu addımı ilə bağlı heç bir intizam araşdırması və ya sanksiya nəzərdə tutulmur.

Qurum həmçinin xatırladıb ki, dünya çempionatının qaydalarına əsasən, FİFA-ya üzv olan bütün milli assosiasiyaların bayraqlarının stadionlarda nümayiş etdirilməsinə təhlükəsizlik və davranış qaydalarına əməl olunması şərti ilə icazə verilir.

Qeyd edək ki, Fələstin Futbol Federasiyası da FİFA-nın rəsmi üzvüdür.

Xatırladaq ki, Avstraliya üzərində qazanılan qələbədən sonra Hüsam Həsən azarkeşlərin alqışları altında meydana çıxaraq Fələstin bayrağını nümayiş etdirmiş, matçdan sonra isə qələbəni Misir və Fələstin xalqlarına həsr etdiyini bildirmişdi.