“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
“İki sahil” xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi cinah müdafiəçisi Hacıəli Şirəliyevi heyətinə qatıb. 21 yaşlı futbolçu ilə üç (2+1) illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Şamaxı" bunadək Azər Bağırov (baş məşqçi, "Kəpəz"), Sənan Muradlı ("Sumqayıt" - icarə) Emin Rüstəmov ("Karvan-Yevlax"), Uğur Cahangirov ("Karvan-Yevlax"), Ceyhun Bağırzadə ("Qəbələ-2") və Okan Təhməzlini (“Qəbələ”) kluba cəlb edib.