“Bayer”in futbolçsu Amin Adli zədələnib.
“İki sahil” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. 24 yaşlı hücumçu Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Brest"lə görüşdə sıradan çıxıb.
Adlida fibula sümüyünün qırığı aşkarlanıb. O, əməliyyat olunacaq və 2025-ci ilin yanvarınadək yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Adli bu mövsüm 12 matçda meydana çıxıb.