25 oktyabr 2024 13:55
194

Azərbaycan Cüdo Federasiyası tərəfindən Sabunçuda "ustad dərsi" təşkil olunub

Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən Sabunçu rayonunda yerləşən 307 saylı tam orta məktəbdə "ustad dərsi" təşkil olunub.

“İki sahil” ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, "ustad dərsi" zamanı milli üzvləri, müxtəlif beynəlxalq yarışların qalibləri Vüqar Talıbov və Ömər Rəcəbli, kata yığmasının cüdoçusu Əmrah Əhmədov müxtəlif fəndləri uşaqlara və yeniyetmələrə nümayiş etdirib.

Uşaqlar və gənclər tatamiyə dəvət olunaraq, göstərilən fəndləri öyrənib və tətbiq etməyə çalışıblar.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo ilə bağlı suallara düzgün cavab verənlərə müxtəlif hədiyyələr təqdim edilib.