24 oktyabr 2024 21:42
166

Avropa Liqası: “Qarabağ” – “Ayaks” oyununda birinci hissə başa çatıb YENİLƏNİB

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.

“İki sahil” xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.

***

UEFA Avropa Liqasının əsas mərhələsinin üçüncü turunda Bakıda üz-üzə gələn “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasında matçda hesab açılıb.

“İki sahil” xəbər verir ki,  Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın 36-cı dəqiqəsində rəqibin heyətində Kennet Teylor fərqlənib.

"Qarabağ"ın heyətində 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alaraq meydandan qovulub.

Oyunu Şotlandiyadan olan referi Nikolas Uolş idarə edir.

***

UEFA Avropa Liqasının əsas mərhələsinin üçüncü turunda Bakıda üz-üzə gələn “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasında matçda birinci hissə başa çatıb.

Qonaqlar Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın fasiləsinə 1:0 hesablı üstünlüklə yollanıblar.