24 oktyabr 2024 19:33
104

Kurtua "El Klasiko"da meydana çıxa bilməyəcək

İspaniyanın "Real" (Madrid) klubunun qapıçısı Tibo Kurtua La Liqanın XI turunda "Barselona" ilə keçiriləcək "El Klasiko"da meydana çıxa bilməyəcək.

“İki sahil” "ESPN"-ə istinadla xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunun "Borussiya" (Dortmund, Almaniya) ilə matçında zədələnib.

Əlcək sahibi zədə üzündən 3-4 həftə yaşıl meydanlardan kənar qala bilər.