21 oktyabr 2024 08:36
87

Kiyevə intensiv dron hücumu olub, dağıntılar var

Oktyabrın 21-nə keçən gecə Rusiya ordusu “Şahed” tipli hücum pilotsuz uçuş aparatları (PUA) ilə növbəti dəfə Kiyevə kütləvi hücum edib.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-ın xüsusi müxbiri məlumat verib.

Qeyd edilib ki, Kiyevdə partlayış səsləri eşidilib. Ukraynanın hava hücumundan müdafiə sistemi işə düşüb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun yaydığı məlumata görə, zərərsizləşdirilən PUA-ların qalıqları evlərə ziyan vuraraq yanğına səbəb olub, xəsarət alan var.

Bildirilib ki, Rusiyanın 10-a yaxın PUA-sı müxtəlif istiqamətlərdən paytaxta yaxınlaşıb.

Dağıntılar, xüsusilə, şəhərin Dnepr, Qoloseyevski və Solomenski rayonlarında qeydə alınıb.