21 oktyabr 2024 00:41
132

Sandu öndədir, vətəndaşların yarıdan çoxu Aİ-yə üzvlüyün əleyhinədir

Moldovanın hazırkı prezidenti Maia Sandu protokolların yarısına baxıldıqdan sonra 35% nəticə ilə prezident seçkilərində liderdir.

“İki sahil” xəbər verir ki,  ilkin nəticələri ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) açıqlayıb. Onu 29% səslə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo izləyir. Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq. Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, referendumda Moldova vətəndaşlarının 55%-i ölkənin Aİ-yə qoşulmasının əleyhinə səs verib, 44%-i isə təşəbbüsü dəstəkləyib.