19 oktyabr 2024 19:19
101

Sibirdə ağır yol qəzasında 3 nəfər ölüb

Rusiyanın Omsk şəhərinin yaxınlığında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, bir nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə regionun prokurorluğu məlumat yayıb.

Prokurorluğun mətbuat xidməti bildirib ki, yol qəzası Omsk – Krasnoyarka şosesinin 32-ci kilometrliyi ərazisində “Toyota” və “Lada Qranta” avtomobillərinin iştirakı ilə baş verib.

“Qəza nəticəsində avtomobillərin sürücüləri, habelə “Lada”nın sərnişini aldıqları xəsarətlərdən yerindəcə keçiniblər. “Toyota” avtomobilinin sərnişini ağır zədələrlə tibbi müəssisəyə çatdırılıb”, – məlumatda bildirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, daha əvvəl Ermənistanda baş vermiş yol-nəqliyyat hadisəsində 10 nəfər yaralanmışdı.