19 oktyabr 2024 21:56
79

Netanyahu: Qarşımıza qoyduğumuz bütün müharibə məqsədlərinə nail olacağıq

“Bu gün mənə və həyat yoldaşıma sui-qəsd etmək istəyənlər çox böyük səhv edirlər”.

“İki sahil” xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

O, Qeysəriyyədəki iqamətgahına pilotsuz təyyarə ilə hücumu ona və həyat yoldaşına sui-qəsd cəhdi kimi qiymətləndirərək bildirib: “Bu, mənim və İsrail dövlətinin nəsillər boyu təhlükəsizliyimizi təmin etmək üçün düşmənlərimizə qarşı dirçəliş müharibəsini davam etdirməsinə mane olmayacaq”.

O qeyd edib ki, qarşılarına qoyduqları bütün müharibə məqsədlərinə nail olacaqlar.

Məhərrəm Ağalaroğlu, “İki sahil”