20 oktyabr 2024 00:36
91

G7 Fələstin təhlükəsizlik qüvvələrinin hazırlanması təşəbbüslərini dəstəkləyib

G7 Fələstin Milli Administrasiyasının (FMA) təhlükəsizlik qüvvələrinin hazırlanmasına yönəlmiş təşəbbüsləri dəstəkləyir.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliyanın Neapol şəhərində keçirilmiş nazirlərin görüşünün yekun bəyanatında deyilir.

“Biz FMA-nın təhlükəsizlik qüvvələrinin hazırlanması və təlimatlandırılmasına yönəlmiş təşəbbüsləri alqışlayırıq, həmçinin Fələstin mülki polisinin də daxil olduğu potensialın artırılması üzrə uğurlu təşəbbüslərin müsbət təcrübəsinə əsaslanan daha geniş təhlükəsizlik və ədalət sahəsində islahatları dəstəkləyirik”, – sənəddə qeyd olunur.

Bundan əlavə, G7 ölkələri Fələstində münaqişədən sonrakı sabitləşmə, idarəetmə və təhlükəsizliyin təmin edilməsi üçün həyata keçirilə bilən həll yollarının axtarılmasının vacibliyini təsdiqləyiblər.