2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 20,6 faiz artaraq 1458,6 min nəfər olub.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunan dövr ərzində İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16,0 faiz, Gürcüstana gedənlərin sayı 14,9 faiz, Türkiyəyə gedənlərin sayı 14,8 faiz artıb. Azərbaycan Respublikası vətəndaşlarının 42,2 faizi Türkiyəyə, 20,5 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,4 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil edib.
2024-cü ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,8 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Rektor: İşğal dövründə dağıdılan tarixi-dini abidələr dövlət tərəfindən qorunan irs siyahısına daxil edilir
Hər zaman əl altında: rəqəmsal gigiyenaya kompüterlə müqayisədə smartfonda daha çox önəm verilir
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir