12 oktyabr 2024 12:10
82

Azərbaycan və Küveyt arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müqavilələrin bağlanılması gözlənilir

Azərbaycan və Küveyt arasında təhsil, ədliyyə, kənd təsərrüfatı, mədəniyyət və idman kimi sahələrdə əməkdaşlığa dair müqavilələrin bağlanılması gözlənilir.

“İki sahil” “Arab Times”a istinadən xəbər ki, bunu Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov bildirib. Onun sözlərinə görə, imzalanma Azərbaycan-Küveyt birgə əməkdaşlıq komissiyasının Küveytdə keçiriləcək növbəti iclasında baş tutacaq. "Azərbaycan ilə Küveyt arasında yüksək səviyyədə olan siyasi əlaqələr, həmçinin energetika daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın gücləndirilməsinə dair imkanlar daha sıx əlaqələrin yaradılması üçün əlverişli şərait yaradır: “Doğrudur, iki ölkə arasındakı investisiya və ticarət sahələrində əlaqələr əməkdaşlıqla bağlı potensialı əks etdirmir. Buna görə də, Azərbaycan ilə Küveyt arasında ticarət dövriyyəsini hər iki dövlətin iş adamlarının qarşılıqlı səfərləri, Küveyt şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq-bərpa işlərində iştirakı ilə artırmaq lazımdır”, - E.Kərimov qeyd edib.

Səfir həmçinin əlavə edib ki, bu ilin yanvar-sentyabr aylarında Küveytdən Azərbaycana 20 min turist səfər edib.