12 oktyabr 2024 09:54
95

Azərbaycan güclü dövlətdir

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Rusiya arasında münasibətlər geniş­lə­nib. Dövlət başçılarının qarşılıqlı dövlət səfərləri də bunun təzahürüdür.

Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Azərbaycan Respublika­sı­­nın Prezidenti cənab İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasında  səfə­rdə oldu. Oktyabrın 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görü­şün­dəki çıxışında Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfə­ri­nin Ru­s­iya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiqlədiyini, əldə olun­muş razılaşmaların həyata keçirilməsinin gələcəkdə münasibətlə­rin ardıcıl inkişafı işinə xidmət edə­cə­yi­ni, MDB Humanitar Əməkdaşlıq Şurasıının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edildiyini, MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciət qəbul etdi­yi­ni xatırladan Aərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Azər­baycan ümu­mi Qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbay­candan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İt­ti­faqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi is­teh­salının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi...”.

Dövlət başçımız çıxışında İkinci dünya müharibəsində Bakıda 41 hərbi hospital fəaliyyət göstərdiyini, 440 min yara­lı­nın müalicə olunduğunu, 416-cı Azərbaycan atıcı diviziyasının 1945-ci il aprelin 21-də birincilər sı­ra­sında Berlinin girəcəyinə daxil olduğunu, mayın 2-də diviziyanın döyüşçülərinin polkovnik Rə­şid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Branden­burq darvazası üzərinə sanc­dıl­qlarını da xatırlatdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına verdiyi müsahibədə jurnalistin sanksiyalar siyasətinin prinsipcə hər hansı pers­pektivləri haqqında vediyi suala cavabı da güclü məntiqin, dürüst siyasi müna­si­bətin, dün­yəvi dövlətin mövqeyi kimi dinlənildi: “...Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada sax­la­ması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yük­lə­rini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezi­den­ti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edən­də, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil...”...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müstəqil Dövlətlər Birliyi  Dövlət Başçıları Şu­ra­sı­nın iclasında iştirakı da, Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə təkbətək görüşündə çı­xışı da, “Rossiya-1” televiziya kanalına müsahibəsində dedikləri də təsdiqlədi ki, dünyəvi döv­lət olmaq etibarilə Azərbaycan güclü dövlətdir.

Səbinə XASAYEVA, Milli Məclisin deputatı