11 oktyabr 2024 23:39
118

Səbinə Xasayeva Biləcəri bələdiyyəsində vətəndaşları qəbul edib

Oktyabrın 11-də 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi  rayonunun Biləcəri bələdiyyəsinin inzibatı binasında   bir qrup vətəndaşı qəbul edərək onların müraciət və təkliflərini  dinləyib.

“İki sahil” xəbər verir ki, qəbula gələn  vətəndaşların müraciətləri qeydə alınıb, onlara lazımi tövsiyələr verilib. Müvafiq qurumlara təqdim edilmək məqsədilə  vətəndaşların müraciətləri Milli Məclisin  deputatı tərəfindən nəzarətə götürülüb.

Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini  tapacağına əminliklərini bildiriblər, hər belə qəbul və görüşlərin cənab Prezident İlham Əliyevin vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyələrin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.

Qəbulda Binəqədi rayon icra hakimiyyəti  başçisinin Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Cəfərov və Binəqədi rayonunun Biləcəri  bələdiyyəsinin sədri Etibar Cabbarov iştirak ediblər.

Belə qəbulların mahiyyəti deputat-seçici münasibətlərinin daha da yaxşılaşdırılmasını təmin edir.