Şəkidə 15 yaşlı yeniyetməni maşın vurub.
“İki sahil” xəbər verir ki, hadisə axşam saat 21 radələrində rayonun Qoxmuq kəndi ərazisində baş verib.
Kənd sakini 2009-cu il təvəllüdlü Asim Azər oğlu Abdurahmanlını minik avtomobili vurub.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan A. Abdurahmalı Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.