11 oktyabr 2024 18:05
96

Anar Quliyev Bərdədə vətəndaşları qəbul edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bərdədə Ağdam, Ağcabədi, Bərdə, Tərtər və Laçın rayonlarından olan sakinlərlə görüşüb.

"İki sahil" bu barədə komitəyə istinadən xəbər verir.

Görüşdə vətəndaşların torpaq münasibətləri, tikintiyə və istismara icazə icraatı ilə bağlı sualları cavablandırılıb.