11 oktyabr 2024 17:32
94

Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi mühüm uğurdur

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin fəlsəfi və politoloji xüsusiyyətlərinə sistemli baxanda onun qalıcı və yeniləyici mahiyyətini aydın görə bilərik. Xarici siyasətin bütün istiqamətlərində - Avropa, Asiya, MDB, TDT, region ölkələri istiqamətində davamlı və qalıcı uğurlar göz qabağındadır. İlham Əliyev Avropa və Uzaq Şərq, Afrika və Okeaniya istiqamətlərində nə dərəcədə uğurludursa, Türk dünyası və MDB məkanında da o dərəcədə qəbul ediləndir. Son nümunə Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsidir. Bu hadisənin dövlətçilik baxımından tarixi əhəmiyyətini aydın dərk etməmiz gərəkdir. Bunun üçün də hadisənin fəlsəfi və siyasi-nəzəri aspektini anlamamız lazımdır.

 İndi Qərbin özünü güclü sayan dövlətləri Laçın və Kəlbəcər tərəfdən “durbin” Azərbaycanı müşahidə edirlər. Laçında Azərbaycanın inşa etdiyi sərhəd məntəqəsi onlar üçün təxribat törətməkdə böyük maneədir. Bundan başqa, Laçın sürətlə inşa edilir və artıq beynəlxalq statuslu hava limanına malikdir. Laçın, sözün həqiqi mənasında, bütün sferalarda dünyaya Azərbaycanın gözəl şəhərlərindən biri kimi açılır! Ora çoxlu sayda rəsmi qonaqlar və turistlər gəlirlər. Onlar bir həqiqətə əmin olurlar: Laçın tam mənası ilə Azərbaycan şəhəridir! Buradan Laçının indiki tarixi dönəmdə Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətinin fəlsəfi və siyasi-nəzəri özəlliyini aydınlaşdırmaq olar.

Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin son Moskva sammitində bəyan etmişdir: “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar”!

Bu cəmi dörd cümlədə İlham Əliyev çox mənalar ifadə etmişdir. Hər şeydən öncə, Azərbaycan Prezidentinin qürurlu duruşu ilə lider təmkini diqqəti çəkmişdir. Bu, yeni psixoloji və diplomatik qələbənin əlamətidir. İkinci məna ondan ibarətdir ki, Laçını MDB-nin mədəniyyət paytaxtı kimi MDB-nin “Humanitar Əməkdaşlıq Şurası” adlı altqurumu elan etmişdir. Və onu “Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri” kimi təqdim etmişdir.

2017-ci illə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb.

Bundan başqa, Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə ikitərəfli ticarət əlaqələrini genişləndirməkdədir. Ticarət evləri, humanitar sahədə regionlarla əməkdaşlıq, şəhərlərin qardaşlaşması və s. buna misaldır.

“MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”. Laçın da digər Qarabağ torpaqları kimi 30 il düşmən tapdağında qalıb. Ermənilər bu ərazimizdə də olmazın barbarlıqlar edib, şəhəri talayıb, dağıdıblar. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. 

Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda "Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılıb.

İndi Laçının MDB-nin mədəniyyət paytaxtı olması həm də bütün bu həqiqətlərin bir daha dünyaya çatdırılması deməkdir. Bu baxımdan daha bir siyasi uğurumuzdur.

“Amerikanın Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur. Sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq. Beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”.

ABŞ-ın Ermənistanı indi də silahlandırması, sülh deyə-deyə müharibəyə şərait yaratması heç kimə sirr deyil. Erməni lobbisinin maliyyəsi hesabına Konqresdə oturan Frank Palloneni və onun kimiləri, əslində, heç ermənilərin taleyi də maraqlandırmır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ağ Ev administrasiyası Azərbaycanın iradəsini qıraraq rəsmi Bakını özünün geosiyasi oyunlarında istifadə edə bilmir. Vaşinqton “İnsan hüquqları” və “demokratiya” adı altında Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çalışır, onu Rusiyanın əleyhinə yönəltməyə və bölgədə yeni münaqişə ocağı yaratmağa cəhd edir. Buna görə Ermənistanın silahlandırılması da təsadüfi xarakter daşımır. Ancaq Azərbaycan hər zaman olduğu kimi indi də hansısa gücün oyunlarında iştirak etmir. “Azərbaycan hər zaman əməkdaşlığa əhəmiyyət verməsi ilə seçilən ölkə olub. Onun üçün zəminində qarşılıqlı hörmət dayanan hər cür fəaliyyət qəbul edilən olub. Mahiyyətində Qələbə, Zəfər, Sülh anlayışlarının ehtiva olunduğu hər proses Prezident İlham Əliyev üçün sevərək qoşulduğu və icra etdiyi işlərdir. Çünki o, nəinki ölkəsinin, bütün dünyanın yaxşılığını düşünən və qayğısına qalan liderlər sırasında qərar tutan böyük siyasətçidir! Prezident İlham Əliyevin oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı bunun növbəti təzahürü kimi dəyərlidir”.

Bütün bunlar birbaşa Azərbaycan Prezidentinin məharətli siyasəti nəticəsində Laçının humnitarlığın yıxılmaz, keçilməz “qalası” olmasının dünya ictimaiyyəti tərəfindən qəbul edildiyini təsdiqləyir. Prezidentin yuxarıdakı fikrində ifadə olunan digər üç yeni məna da bu əsasda məntiqi şəkildə aydın olur.

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının üzvü