11 oktyabr 2024 23:44
88

Cəmil Həsənlinin vəkilliyini edən Gültəkin Hacıbəylinin menyusunə

Alim olmaq asandır, çətini adam olmaqdır

Bu gün Azərbaycanın dağıdıcı müxalifət düşərgəsi milli mənafelərini qəpik-quruşa satan, əqidəsini az qala hər gün buqələmun kimi dəyişən insanlar yığınına çevrilib. Belələrindən biri də qondarma «Milli Şura»nın əsas sima(sız)larından olan Gültəkin Hacıbəylidir. O, az qala hər gün beynəlxalq təşkilatlara ölkəmizdən leqal və qeyri- leqal donoslar ötürməklə də məşhurlaşıb. Ötən dövrlərdə sosial şəbəkələrdə yazdığı statusları ilə riyakarlığın pik nöqtəsinə qədər yüksəlib. Belə ki, o, hələ iki il əvvəl  Azərbaycan dövlətinin ermənilərin Laçın-Xankəndi yolunda qurduğu «humantiar şou»ya qarşı qətiyyətli mövqeyindən ciddi şəkildə narahat olaraq yazırdı: «Azərbaycan iqtidarı əbədi hakimiyyət maraqları uğrunda və yanlış, səthi hesablamalarından dolayı 3 min şəhid verərək və Türkiyənin böyük mənəvi dəstəyi ilə əldə etdiyimiz hərbi qələbənin nəticələrini sıfırlamaqla məhğuldur. Qarabağ ətrafında beynəlxalq mövqelərimizin hər gün daha çox zəifləməsini ürək ağrısı ilə izləməkdəyəm. Elə məsələlər var ki, açıq danışmaq olmur. Amma anladığım, hiss etdiyim bir gerçək var: odla oynayırıq. Dayanmaq lazımdır.» 

Bəli, məhz onun bu səpkili ermənipərəst çıxışları bir daha göstərirdi ki, haqsızdır və Azərbaycan dövləti heç də onun düşündüyü qədər gücsüz deyildir. Ona görə ki, 2023-cü ilin sentyabrın 19-da ordumuzun Qarabağda başladığı və bir günə uğurla başa vurduğu lokal antiterror tədbirləri nəticəsində separatçı xunta birdəfəlik ləğv edildi. Yeri gəlmişkə,n bu kəmsavad xanımdan soruşmaq gərəkdir ki, ölkəmizin ərazi bütövlüyünü tamamilə təmin etmək, onun sərhədlərini qorumaq, düşmənin hərbi təxribatlarının qarşısını almaq, Meşəli və Xocalı soyqırımlarının təşkilatçılarını həbs etmək, separatçıların ordumuza qarşı məkrli oyunlarını pozmaq nə vaxtdan odla oynamaq hesab edilir? Sizin mənsub olduğunuz dağıdıcı müxalifətdən fərqli olaraq Azərbaycan hakimiyyəti ölkəmizə qarşı qalanan çox müharibə  ocaqlarını söndürüb. Siz isə hələ də onun külü ilə oynayırsınız.

Bu, həmin Gültəkin Hacıbəylidir ki, pula hərislik, şöhrətpərəstlik onu hətta dələduzluq hərəkətlərinə də sövq edib. Bunu təkcə onun siyasi bioqrafiyasına bələd olanlar demirlər, həm də keçmiş qaynanası və həyat yoldaşı bu barədə ictimaiyyətə dəfələrlə məlumatlar veriblər. Qaynanası iddia edirdi ki, gəlini onun ailəsinə qarşı dələduzluq edib. Məhz onun bu əməlinə görə müflis olduğunu bildirən qaynana Nəhayət  Məmmədova faktla, sübutla bəyan etdi ki,  Gültəkin Hacıbəyli hələ oğlu Mahmud Mehdiyevlə nikahda olduğu  zaman ondan mənzilini təmir etdirmək və evinə mebel almaq üçün 50 min dollar borc alıb. Sonradan qaynana nə qədər xahiş və tələb etsə də keçmiş gəlini aldığı pulu qaytarmayıb.

Siyasət və məişət dəllalı olan hətta onun keçmiş həyat yoldaşı Mahmud Mehdiyev ötən illərdə bildirirdi ki, Gültəkin Hacıbəylinin riyakarlıqlarından və dövlətimizə qarşı iftira dolu hərəkətlərindən xəcalət çəkir.  Dahi yunan filosofu Demokritin məşhur bir sözü var: «Başqalarından yox, daha çox özündən utanmağı öyrən.» Bu xanım bütün fəaliyyəti boyunca heç vaxt özündən utanmağı öyrənmədi və elə ona görə də bu gün cahil vəziyyətdədir. Gültəkin Hacıbəyli üçün şəxsi mənafeyə xidmət o qədər güclüdür ki, o, vaxtilə ünvanına təriflər yağdıran qurumları və şəxsləri  bu gün  necə deyərlər  «ağ yuyub qara sərməkdən» belə çəkinmir. Azərbaycan demorkatik ölkədir. Hər kəs istənilən şəxsi, yaxud qurumu tənqid edə bilər. Lakin Hacıbəylinin vaxtilə ağızdolusu təriflədiklərini indi tənqid etməsinin nə demorkatiya, nə də söz azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunun bir adı var- mənfəətpərəstlik . Yəni, mənfəətpərəst insan üçün mənfəət qurtaranda nankorluq başlayır. Təbii ki, bu, Gültəkin Hacıbəylinin mənsub olduğu düşərgənin xarakterik davranışıdır.

O, ötən günkü statusunda isə qaragüruhçu əqidədaşı, qondarma «Milli Şura»nın sədri Cəmil Həsənlini tərifələyərək  onun cəmiyyətdəki düşük reytinqini guya yüksəltməyə çalışıb. Məsələn, yazıb ki,  beş əsəri Harvard, Oksford, Kembric universitetlərində dərslik kimi tədris olunan insanın elmini şübhə altına almaq bu təhsil ocaqlarının reytiniqini şübhə altına almaq deməkdir. Ancaq bu xanım hələ də anlamır ki, reytinqli universitetlərdə kitab çap etdirmək ziyalılılığın əlaməti deyildir. Ziyalılıq və ən böyük alimlik ölkəsinə dövlətinə və xalqına sədaqətli olmaq, reallıqları məqamında və  düzgün dəyərləndirməkdir. Yəni, avantürizm və qaragüruhçuluqla nə alim olmaq olar, nə də ki, adım…

Elçin Zaman, «İki sahil»