11 oktyabr 2024 16:13
88

İdarətmədən çıxan moped divara çırpılıb

Sumqayıt şəhərində sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.

Məlumata görə, idarətmədən çıxan moped divara çırpılıb.

Nəticədə sürücü, 2008-ci il təvəllüdlü Eldəniz Elşad oğlu Allahverdiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.