25 sentyabr 2024 14:20
75

Şəhidlik  zirvəsinə ucalan qəhrəmanlar

Azərbaycan  mayası nur, qayəsi  nur ki.

Hər   daşından  alov dilli  ox ola  bilər.

“Azərbaycan!”  deyəndə  ayağa  dur ki,

Ana  yurdun  ürəyinə  toxuna  bilər.

Vətən  sevgisi  ,vətənpərvərlik  ruhu  insanın  təbiətindən gəlir. Torpaq   uğrunda  canını fəda  edən vətən  övladı əslində ölmür,ölümü  ilə   əbədilik  qazanır,Şəhidlik  zirvəsinə  ucalır. Şəhidlik ən ali, müqəddəs  və şərəfli  zirvədir. Çünki  şəhidlər   Vətənin,millətin  yolunda  ,şüurlu  surətdə   öz  canlarından   keçən  insanlardır.  Yalnız  müqəddəs amallar  uğrunda  çarpışan  ,qorxu  nə olduğunu bilməyən  ,Vətən və  xalq  yolunda  canını  fəda    etməkdən çəkinməyən   cəsarətli,ləyaqətli  insanlar  yüksələ  bilərlər  bu uca  zirvəyə. İllər ötüb  ,qərinələr  dolaşsada, Şəhidlər  heç  vaxt  unudulmur ,həmişə  minnətdarlıq duyğuları  ilə  yada  salınır,xatirələrinə dərin ehtiram  bəslənir. Şəhidlik  zirvəsinə ucalan qəhrəmanlar yüksək  əxlaqi keyfiyyətlərə  malik  olmaqla , qəlblərində  Vətənə  ,millətə   sevgisi  olan  insanlardır.

Şəhidlər  Vətən  daşı ,yurdun vətəndaşıdır

Şəhidlər  azadlığın uca  heykəl daşıdır

Şəhidlər  məmləkətin,xalqın  qan  yaddaşıdır.

Azadlığı   ,müstəqilliyi  babalardan miras   qalan,torpağı   uğrunda  oglunu  ,qızını şəhid  verən  xalqımızın,qürur  hissi keçirməyə    tam  mənəvi  haqqı  vardır.  Vətənin  müdafiəsi  ugrunda  canından  ,qanından  keçən  qəhrəmanlarımızı, yurdumuzun  bütövlüyü üçün canlarından  keçməyi  özlərinə  şərəf  bilən igid  oğullarımızı hər  bir  Azərbaycan vətəndaşı  tanımalı,onların  keçdiyi  şərəfli  döyüş  yolunu  bilməlidir.Vətənə  olan sonsuz  sevgi    sayəsində Şəhidlik  adlı  zirvəni  fəth  edən  ,30 illik  həsrətdən  sonra  doğma  Qarabağımızı  ,Şuşamızı  bizə  geri  qaytaran oğullarımızın xatirəsini  yaşatmaq,onları  gəncliyə  nümunə  göstərmək həyat  amalımız  olmalıdır. Bu  gün  Azərbaycanın elə   bir  bölgəsi  ,elə bir  kəndi  tapılmaz  ki ,orada  bir  Şəhid  məzarı  olmasın. I Qarabag  müharibəsində,Aprel  döyüşlərində,Tovuz  döyüşlərində,II Qarabag müharibəsində  minlərlə  igidimiz   öz   canlarını Vətən  uğrunda  fəda   etmişdir.Vətən  müharibəsində qəhrəmancasına döyüşən  ,Azərbaycan  bayrağını  işğaldan  azad  edilən  torpaqlarımızda   dalğalandıran  ,ölkəmizin ərazi  bütövlüyü yolunda   canlarını   fəda   edən  bütün   şəhidlərimizi  dərin  ehtiram  və  hörmətlə  yad  edirik. 2020- ci il  sentyabrın  27- də   II Qarabağ  müharibəsi   başlandı.44  gün  davam  edən  döyüşlər   ərzində   Ali Baş Komandanımızın  uzaqgörən  siyasəti    və rəşadətli  ordumuzun  güclü  döyüş   taktikası    Azərbaycanın  gücünü bütün  dünyaya   göstərdi. Azərbaycan  xalqı   cənab  İlham  Əliyevin    “ Qarabag  Azərbaycandır!”  şüarı  altında “Dəmir   yumruq “ kimi   birləşərək   yenilməz   ordumuzun   haqq   davasına  tam  mənəvi  dəstək  oldu. Döyüşlər    ordumuzun  qələbəsi  ilə  başa  çatdı. Vətən  müharibəsində    Ali  Baş  Komandan-Ordu-Xalq Birliyi də, dəmir  yumruğa  çevrilərək   Qələbəmizdə  böyük   rol  oynadı.  Dinindən,dilindən  və irqindən asılı  olmayaraq,  Azərbaycanda  yaşayan  bütün  xalqların  nümayəndələri  torpaqlarımızın azad  edilməsi uğrunda   mübarizədə   həmrəylik  nümayiş  etdirmişdilər.Vahid  komandanlıq    və  güclü  siyasi   hakimiyyət, Ali Baş  Komandan  İlham  Əliyevin 2003-cü  ildən ordu  quruculuğuna  diqqəti  daha da  artırması Vətən  müharibəsindəki  qələbəmizə  ,işğal  altında  olan  torpaqlarımızın  azad  edilməsinə səbəb  oldu. Azərbaycanın  ərazi   bütövlüyü  tamamilə  bərpa  edildi. 2021-ci  ildə  sentyabrın 27- də  - Anım Günündə  Bakı  şəhərində yürüş  təşkil  edildi. Müzəffər Ali  Baş  Komandan  İlham  Əliyev  və  Birinci vitse- prezident  Mehriban  xanım Əliyeva həmçinin   üç  minə  yaxın  insan  Vətən  müharibəsində  Şəhid  olan   qəhrəmanlarımızın  əziz  xatirəsini əllərində  onların  şəkillərini  tutaraq  yad  etdilər.Ölkə  başçısı Şəhidlərin əziz  xatirəsinə Vətən  Müharibəsi Memorial Kompleksinin  və  Zəfər  Muzeyinin təməlini  qoydu. Bu qələbə  bizləri  nə  qədər   sevindirdisə  ,ürəklərimizdə  də  biz  o qədər iz qoydu. Minlərlə  igidlərimiz   və   mülki vətəndaşlarımız  Şəhidlik   zirvəsinə  ucaldılar.

Azərbaycanın Şanlı  tarixini mərd ogullarımız öz qanları ilə yenidən yazdılar. Çingiz  Mustafayev, Salatın  Əsgərova, Mübariz  İbrahimov, Murad  Mirzəyev, Polad  Həşimov Şükür  Həmidov,Cəbrayıl  Dövlətzadə...Bu siyahıda  minlərlə  Şəhidlərimizin  adı  yazılmalıdır.  Onların  qəhramanlığı  bir  məqaləyə sığmaz. Şəhidlərimizi yalnız  bir amal  birləşdirirdi:”Biz  gəldi- gedərik . Təki Vətən  yaşasın ,Vətən  sag olsun!”

Şəhidlərimizin  əziz   xatirəsini  qoruyub  saxlamaq hər birimizin vətəndaşlıq borcudur. Bu Şanlı qələbəni  bizlərə  yaşatdıqlarına  görə şəhidlərimizin əbədi ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirəm.

Bizə  Zəfər  yaşatdı,

İgid  oğullarımız

Hər  birini  anırıq

Minnətdarıq   hamımız!

Rövşanə Hacıyeva,
YAP Xətai rayon təşkilatının "8 noyabr prospekti 159 " ünvanı üzrə ərazi partiya təşkilatının üzvü, 
59 nömrəli tam orta məktəbin Tarix müəllimi